Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı demobilizasiya layihəsini təsdiqləməyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Strana.ua” yazıb.
Komandanlıq hesab edir ki, bu təşəbbüs 100 mindən çox hərbçinin işdən çıxarılmasına səbəb olacaq.
“Təsdiqləmə prosesindən sonra Baş Qərargah bu qanun layihəsi ilə razılaşmayan, o cümlədən qanun layihəsinin həyata keçiriləcəyi təqdirdə xeyli sayda hərbi qulluqçunun birdən-birə vəzifədən azad edilməsinin gözlənilməsi ilə bağlı mövqeyini bildirib”, - Müdafiə Nazirliyinin məktubunda qeyd edilib.
QAZİLER.AZ