İsveç Pasxa bayramının yaxınlaşması ilə əlaqədar ABŞ-ın Amerika bazarına toyuq yumurtası tədarükü tələbindən imtina edib.
Qaziler.az bildirir ki, bu barədə aprelin 7-də 2Radio Sveriges" məlumat yayıb.
"Pasxa bayramında biz yumurta istehlakımızı demək olar ki, iki dəfə artırırıq və indi İsveç yumurtalarını İsveçdə saxlamağın vaxtıdır" - Nəşr 2Svenska ägg" (İsveç yumurtaları) sənaye təşkilatının rəhbəri Mari Lönneskoq Hoqstadiusdan sitat gətirir.
Vurğulanır ki, imtinanın digər səbəbi yumurtlayan toyuqların populyasiyasının yavaş bərpa olunmasıdır ki, bu da ixrac üçün yumurta tədarükünün kəskin artımını çətinləşdirir.
QAZİLER.AZ