Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara mühüm təzyiq rıçaqı kimi baxır. Məhdudiyyətlər yalnız Rusiya və Ukrayna arasında davamlı sülhə nail olmaq üçün yumşaldıla bilər.
Qaziler.az bildirir ki, bu barədə Aİ-nin sanksiyalar üzrə baş nümayəndəsi Devid O'Sallivan "Bloomberg TV"-yə müsahibəsində bildirib.
O'Sallivan Rusiyanın Qara dənizdə Ukrayna ilə atəşkəsə başlamaq üçün sanksiyaların ləğvi tələblərini şərh edərkən ABŞ-la məhdudiyyətlərin yumşaldılması məsələsinin hələlik müzakirə edilmədiyini vurğulayıb.
QAZİLER.AZ