NATO-nun baş katibi: Rusiya Ukraynada sülh üçün "TANQO OYNAMALIDIR"

NATO-nun baş katibi: Rusiya Ukraynada sülh üçün  "TANQO OYNAMALIDIR" backend

NATO-nun baş katibi Mark Rutte əmindir ki, Rusiya Ukraynaya qarşı başlatdığı müharibənin sülh yolu ilə həlli istiqamətində addımlarını atmalıdır.

Qaziler.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi CBS News-a müsahibəsində deyib.

Rutte ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynada sülhə nail olmaq üçün səylərini qeyd edib və onun sözlərinə görə, “addım-addım bu müharibənin bitə biləcəyi vəziyyətə gəlməyə” çalışır.


"Amma, əlbəttə ki, Rusiya da tanqo oynamalıdır, lakin hələlik onlar bunu etmirlər və onsuz çətin olacaq", - o qeyd edib.

NATO baş katibinin sözlərinə görə, indi “top rusların tərəfindədır”.

“Mənə elə gəlir ki, onlar kifayət qədər sürətlə hərəkət etmirlər və mən bunu xüsusilə amerikalı həmsöhbətlərimdən eşidirəm ki, Rusiya həqiqətən də bu müharibəni bitirmək üçün daha çox iş görməlidir”, - Rutte əlavə edib.

Eyni zamanda o, əmindir ki, Ukrayna “Amerikanın mövqeyinə çox yaxındır”.

QAZİLER.AZ

Diaspora