Virtualaz.org BBC-yə istinadən bildirir ki, yeni birlik “Avstraliya müsəlmanlarının partiyası” adlanır. Sidney sakini olan lideri Dia Mohammedin sözlərinə görə, partiya ölkə senatına seçkilərdə iştirak etməyə hazırlaşır.
Avstraliyada yarım milyona yaxın müsəlman yaşayır, amma 250 deputatdan yalnız 1 nəfər özünü müsəlman adlandırıb.Partiyanın təsisçisi onun yaranma səbəblərindən birinin də bu günlərdə Parisdə baş verən hadisələrin olduğunu bildirib.
Mohammedin sözlərinə görə, bu faciədən sonra bütün dünya müsəlmanlarının üzləşdikləri suallara cavab tapmaq istəyir.
Mohammedin partiyanı yaratmasına digər səbəb isə ölkədə eyni anda bir neçə islam əleyhinə proqramlı partiyanın yaranmasıdır.