ABŞ-da daşqın və tornado nəticəsində ölənlərin sayı 20-yə çatıb

ABŞ-da daşqın və tornado nəticəsində ölənlərin sayı 20-yə çatıb backend

ABŞ-da cənub ştatlarında güclü tufan və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Qaziler.az bildirir ki, bu barədə aprelin 7-də qubernatorlara və digər hökumət rəsmilərinə istinadən "ABC News" məlumat yayıb.

“Çərşənbə günündən bəri kəskin hava şəraiti nəticəsində azı 20 nəfər ölüb, o cümlədən Kentukki ştatında avtobus dayanacağına gedərkən sel suları tərəfindən aparılmış 9 yaşlı uşaq da var”, - nəşr yazır.

Güclü yağış və qasırğadan zərər çəkmiş yaşayış məntəqələrində xilasetmə qrupları işlərini davam etdirir. Qeyd olunur ki, hazırda altı ştatda - ölümlər var.

Bir neçə ştatda infrastruktur zədələnib: yollar su altında qalıb, ağaclar və elektrik xətləri aşıb. Nəşrin məlumatına görə, son bir həftə ərzində 90-dan çox tornado hadisəsi qeydə alınıb.

QAZİLER.AZ 

Diaspora