ABŞ yeni tarif məhdudiyyətlərinin tətbiqini təxirə salmaq niyyətində deyil.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Latnik "CBS News" telekanalında "Face Nation" proqramında çıxışı zamanı deyib.
"Birləşmiş Ştatlar yeni rüsumların tətbiqini təxirə salmayacaq", - nazir bəyan edib.
Latnik qeyd edib ki, ABŞ bəzi tərəfdaş ölkələrin bu məsələ ilə bağlı danışıqlar aparmaq xahişinə baxmayaraq, planlarını dəyişməyəcək.
Bu gün Ağ Ev bildirib ki, 50-dən çox ölkə ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tariflərinin tənzimlənməsi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ prezident administrasiyasına müraciət edib.