Misir aeroportunun iki işçisi Rusiya təyyarəsinə görə həbs olundu

Misir aeroportunun iki işçisi Rusiya təyyarəsinə görə həbs olundu backend

Şarm əş-Şeyx aeroportunun iki əməkdaşı Sinay yarımadasında qəzaya uğramış Rusiyanın A321 təyyarəsinin göyərtəsinə partlayıcı qurğu yerləşdirilməsində ittiham olunaraq Misirin xüsusi xidmət dəstəsi tərəfindən həbs edilib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, ümumilikdə 17 nəfər saxlanılıb ki, onlardan ikisi təyyarənin göyərtəsinə partlayıcı qurğu keçirilməsinə yardım etməkdə ittiham olunur.


Virtualaz.org xatırladır ki, Rusiya Federal Təhlükəsizlik Xidməti təyyarəni vuranları tapana 50 milyon dollar mükafat veriləcəyini bildirib.
Diaspora