Zelenskidən dünyaya SƏRT ETİRAZ: Rusiyaya təzyiq artırılmalıdır

Zelenskidən dünyaya SƏRT ETİRAZ: Rusiyaya təzyiq artırılmalıdır backend

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı həyata keçirdiyi hücumların artdığını və buna qarşı dünya ictimaiyyətinin daha sərt mövqe alması lazım olduğunu vurğulayıb.

QAZİLER..AZ  Musavat.com-a istinadən  xəbər verir ki, Zelenski sosial şəbəkələrdə yazdığı paylaşımda bildirib ki, Rusiyaya qarşı tətbiq olunan təzyiqlər hələ də kifayət qədər deyil.

Onun sözlərinə görə, bu gecə Kiyevə qarşı ballistik raket hücumu və Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən Nikolayev, Sumı, Xarkov, Xmelnitski və Çerkass bölgələrinə zərbələr endirilib.

Zelenski Rusiyanın müharibə və terror taktikasını davam etdirdiyini, hava hücumlarının sayının artdığını qeyd edib və dünya birliyini bu vəziyyətə qarşı daha ciddi tədbirlər görməyə çağırıb. "Rusiya terrorunu davam etdirir, amma dünya bunu hələ də icazə verir", - deyə o əlavə edib.

Diaspora