Almaniya Bundesveri sentyabrda “Rusiya hücumu” ssenarisini tətbiq etmək üçün kütləvi hərbi təlimlər keçirəcək.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
Təlimlərə NATO ölkələrindən də əsgərlər cəlb olunacaq. Ümumilikdə 800.000-ə qədər əsgər “rus hücumuna” hazırlaşa bilər.
“Hamburq sentyabrın 25-dən üç gün ərzində hərbi mərkəzə çevriləcək. Bundesver “Qırmızı Fırtına Bravo” adlı genişmiqyaslı təlimlərə başlayır. Ssenari Rusiyanın Qərbə hücumudur”, – məqalədə deyilir.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Asiya departamentinin direktoru Lyudmila Vorobyeva bəyan edib ki, Rusiya NATO-nun Asiya-Sakit okean regionunda keçirilən təlimlərində iştirakçıların sayının artmasından narahatdır.
Martın 13-də "Bloomberg"in yaydığı məlumatda deyilirdi ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron 37 ölkəni Ukraynaya sülhməramlılar göndərmək istəyən “istəklilər koalisiyası” yaratmaq üçün cəlb etməyə çalışırlar.