ABŞ-da prezident Donald Tramp əleyhinə etiraz aksiyaları keçirilib

ABŞ-da prezident Donald Tramp əleyhinə etiraz aksiyaları keçirilib backend

ABŞ-da başda paytaxt Vaşinqton və Nyu-York olmaqla bir neçə şəhərdə prezident Donald Tramp əleyhinə etiraz aksiyaları keçirilib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, "Əllərinizi çəkin" devizi altında keçirilən nümayişlərdə on minlərlə vətəndaş iştirak edib.

Vaşinqton Abidə Parkına toplaşan minlərlə insan Tramp administrasiyasının siyasətinə etiraz ediblər.

Nümayişçilər həmçinin Trampın Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbər təyin etdiyi milyarder iş adamı İlon Maskın siyasətinə də etiraz ediblər.

Minlərlə nümayişçi isə Vaşinqtonda Konqres binasının qarşısındakı “National Mall” sahəsinə toplaşaraq, əllərində Fələstin bayraqları ilə İsrailin Qəzzaya hücumlarına etiraz edərək Fələstini dəstəkləyib.

Diaspora