Rusiya aviaşirkətlərinə xəbərdarlıq: “Azərbaycana uçanda ehtiyatlı olun!“

Rusiya aviaşirkətlərinə xəbərdarlıq: “Azərbaycana uçanda ehtiyatlı olun!“ backend

Rusiya aviaşirkətləri uçuşların potensial olaraq təhlükəsiz olmadığı ölkələrin siyahısını alıblar. Virtualaz.org saytı xəbər verir ki, ölkənin Mülki Aviasiya Xidmətindən ("Rosaviasiya") daxil olan siyahıda 47 ölkənin adı yer alır. Onların arasında Azərbaycan da var. Bu xəbərdarlıq Misirin Sina yarımadası üzərində İŞİD tərəfindən partladılan Rusiya sərnişin təyyarəsinə görədir. Şarm-əş-Şeyxdən Peterburqa uçan həmin təyyarəyə Misir aeroportunda partlayıcı qoyulduğu üzə çıxıb. “İnterfaks”ın məlumatına görə, xəbərdarlıqda deyilir ki, aviaşirkətlər bu ölkələrə uçuşlar təşkil edərkən yüksək təhlükəsizlik tədbirləri görsünlər. Siyahıya daxil olan ölkələrin aeroportlarında su ehtiyatı və quru ərzaq götürməsinlər. Həmçinin aeroportların texniki xidmətləri ilə bağlı ehtiyatlı olsunlar.

Rusiya təyyarələrinin heyət üzvlərinə tövsiyə olunur ki, siyahıdakı ölkələrin aeroportlarının texniki xidmətlərinin mütəxəssislərinin təyyarələrə texniki xidmət göstərməsini nəzarətsiz buraxmasınlar. Mümkün olduqda təyyarələrə texniki xidmətləri Rusiya aviaşirkətlərinin üzləri həyata keçirsinlər, həmin ölkələrin aeroportlarında texniki xidmətlərdən istifadəni mümkün qədər məhdudlaşdırsınlar.

Siyahıya Azərbaycanla yanaşı Avstriya, Əlcəzair, Albaniya, Əfqanıstan, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, bir çox ərəb ölkələri, Orta Asiya respublikaları və s. daxildir.
Diaspora