İsveç 60 mindən çox nüvə bunkeri hazırlayır

İsveç 60 mindən çox nüvə bunkeri hazırlayır backend

İsveç Avropada müharibə təhlükəsi ilə əlaqədar mülki müdafiə sığınacaqlarının yenidən qurulmasına 100 milyon kron (9,2 milyon avro) sərmayə qoyacaq.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda ölkənin fövqəladə halların idarə olunması agentliyi məlumat yayıb.

Hökumət vətəndaşları nüvə, kimyəvi və bioloji silahlardan qorumaq üçün 64 min bunkerin hamısını təkmilləşdirməyi planlaşdırır. Hazırlıq işlərinin iki-üç il çəkəcəyi gözlənilir.

İsveçin bomba sığınacaqları şəbəkəsi dünyanın ən böyüklərindən biridir. Burada 7 milyona qədər insan - ölkə əhalisinin 2/3 hissəsi yerləşə bilər. Hazırda minlərlə insanın sığına biləcəyi 25 böyük bunkerin yenidən qurulmasına başlanılıb.

QAZİLER.AZ

Diaspora