USAID-in xaricdəki bütün ofisləri sentyabradək bağlanacaq

USAID-in xaricdəki bütün ofisləri sentyabradək  bağlanacaq backend

Demək olar ki, xarici ölkələrdəki yerli işçilər və ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) işləyən amerikalı diplomatlar sentyabr ayına qədər işdən çıxarılacaq.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, departamentin əməkdaşlarının işdən çıxarılması əmrini İlon Maskın Hökumətin Səmərəliliyi Departamenti (DOGE) komandası verib.

Agentlik bu barədə Konqresə məlumat verildiyini vurğulayıb. Onlar həmçinin sentyabr ayına qədər USAID-in xaricdəki bütün ofislərini bağlamağı və agentliyin bəzi funksiyalarını ABŞ Dövlət Departamentinə verməyi planlaşdırırlar.

QAZİLER.AZ

Diaspora