Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvaya səfəri zamanı çinli həmkarı Van İ ilə beynəlxalq məsələləri müzakirə edib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
Diplomatlar İran, Sakit okean regionu və Koreya yarımadasını da müzakirə ediblər.
“Koreya yarımadasındakı vəziyyət, İranın nüvə proqramı, Mərkəzi Asiyada vəziyyətlə bağlı ayrı-ayrı regional məsələlərə toxunulub, Avro-Atlantik mexanizmlərin durğunluğu fonunda Avrasiyada yeni təhlükəsizlik strukturunun formalaşdırılması perspektivləri müzakirə edilib”, - Rusiya XİN-in mətbuat xidmətinin məlumatında qeyd edilib.
QAZİLER.AZ