Britaniya Xarici Təsirlərin Qeydiyyatı Sxemi (FIRS) çərçivəsində Rusiya ilə əlaqələrə gücləndirilmiş nəzarət tətbiq edəcək.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu haqda Britaniyanın daxili işlər naziri Den Jarvis parlamentdəki çıxışında bildirib. Onun sözlərinə görə, yeni rejimə Rusiya hökumət strukturları, siyasi partiyalar və məmurlar keçəcək.
“Keçən ay mən İranı sxemin bu pilləsinə daxil etmək niyyətimizi açıqladım və bu gün elan edə bilərəm ki, biz Rusiyanı da bu sxemə daxil edəcəyik”, - Jarvis deyib.
FIRS xarici ölkələrlə həyata keçirilən hər hansı fəaliyyətin müqavilə əsasında bəyan edilməsini tələb edir. Rusiya üçün nəzarət daha güclü olacaq: siyahıya hökumət, məxfi xidmətlər, silahlı qüvvələr, parlament və hətta ayrı-ayrı partiyalar daxildir. Yeni qaydalar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
QAZİLER.AZ