ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin davranışlarından əsəbiləşib.
Qaziler.az xəbər verir ki, bu açıqlamanı Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalında verib. Onun sözlərinə görə, dövlət başçısı Moskva ilə Kiyev arasında münaqişənin tezliklə bitməsini istəyir.
“O, qarşıdurmanın hər iki tərəfindən narazıdır. Tramp müharibənin bitməsini istəyir. Hər iki tərəfdən insanlar ölür”, - deyə Levitt qeyd edib.
Mətbuat katibi onu da əlavə edib ki, Tramp administrasiyası həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir. O vurğulayıb ki, Amerika lideri münaqişənin həllində yaxından iştirak edir.
QAZİLER.AZ