Litvada təlimlər zamanı itkin düşən dördüncü amerikalı əsgərin meyiti tapılıb.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin Avropa və Afrikadakı komandanlığı bildirib.
Əsgərin axtarışında ABŞ-nin quru və dəniz qüvvələri iştirak edib. Axtarışlar zamanı ABŞ qüvvələrinə Litva, Estoniya və Polşadan olan hərbçilər kömək ediblər. Axtarış yeddi gün davam edib.
“3-cü Piyada Diviziyasının 1-ci Zirehli Briqada Döyüş Komandasına təyin edilmiş dördüncü ABŞ ordusu əsgəri aprelin 1-i günortadan sonra Litvanın Pabrade şəhəri yaxınlığında ölü tapılıb”, - bəyanatda qeyd edilib.
ABŞ komandanlığı əsgərin kimliyini açıqlamayıb. Açıqlamada deyilir ki, mərhumun yaxın qohumlarından bildiriş alınmayana qədər bu məlumat ictimaiyyətə açıqlanmayacaq.
QAZİLER.AZ