Hindistanda fabrikdə baş verən partlayışda azı 13 nəfər ölüb

Hindistanda fabrikdə baş verən partlayışda azı 13 nəfər ölüb backend

Hindistanda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 13 nəfər ölüb.

Qaziler.az bildirir ki, bu barədə aprelin 1-də “Hindustan Times” qəzeti yazıb.

Partlayışdan sonra 4 nəfərin yaralandığı, lakin onların vəziyyətinin stabil olduğu bildirilir.

İlkin məlumata görə, partlayış yanğına və binanın hissələrinin uçmasına səbəb olub, bir neçə nəfər dağıntılar altında qalıb. Polisin məlumatına görə, hazırda dağıntıların təmizlənməsi və insanların xilas edilməsi istiqamətində iş aparılır.

QAZİLER.AZ

Diaspora