Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib backend

Günəşdə sondan əvvəlki güc sinfinə aid partlayış baş verib.

Oxu.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Aprelin 1-də Bakı vaxtı ilə saat 10:46-da 4046 (N02E29) Günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən M5.6 partlayışı qeydə alınıb", - deyə institutdan bildirilib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Diaspora