Aprelin 1-də Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Annalena Berbok və onun latviyalı həmkarı Kestusis Budris Kiyevə gəliblər.
Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Budrisin Tvitter hesabına istinadən xəbər verir.
"Mən Litvanın cəsur Ukrayna xalqına sarsılmaz dəstəyini ifadə etmək üçün azad Kiyevə gəlmişəm. Biz sizin azadlıq və suverenlik uğrunda mübarizənizdə sizin tərəfinizdə olmağa davam edəcəyik. Litva Aİ-də güclü, möhkəm və firavan Ukraynanı dəstəkləyir. Qələbəyə birlikdə", - nazir yazıb.
Bundan başqa, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Berbok da Kiyevə gəlib. “Bild”in məlumatına görə, onu ukraynalı həmkarı Andrey Sıbıqa qarşılayıb. Qeyd olunur ki, bu, onun Ukraynaya on birinci səfəridir və yəqin ki, bu, onun bu postda sonuncu səfəridir.
QAZİLER.AZ