İsrail Ordusu “Hizbullah” silahlılarının Qəzza sektorunun Dahiya bölgəsindəki dayaq məntəqəsinə aviazərbələr endirib.
Apa xəbər verir ki, bu barədə Ordunun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, sözügedən addım “Hizbullah”ın HAMAS silahlılarının mülki əhaliyə hücumlarına verdiyi dəstəyə cavab xarakteri daşıyır.
Məlumatda həmçinin aviazərbələr nəticəsində məntəqənin tamamilə məhv edildiyi vurğulanıb.