Rusiyaya məxsus təyyarənin Misirdə qəzaya uğraması terror aktı nəticəsində baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.
A.Bortnikov bildirib ki, birmənalı olaraq demək olar ki, bu, terror aktıdır.Qeyd edək ki, oktyabrın 31-də Rusiyaya məxsus "Airbus-321" təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində 217 sərnişin və yeddi ekipaj üzvü həlak olmuşdu.