Putin orduya 160 min nəfərin çağırılması barədə fərman imzalayıb

Putin orduya 160 min nəfərin çağırılması barədə fərman imzalayıb backend

Rusiya prezidenti Vladimir Putin orduya yaz çağırışı ilə bağlı fərman imzalayıb.

APA xəbər verir ki, fərmana əsasən, Putin bu ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Bu ilin aprelin 1-dən iyulun 15-ə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar.

Diaspora