Polşa “Patriot” sistemlərinə dəstək üçün ABŞ ilə 2 milyard dollarlıq müqavilə imzalayacaq

Polşa “Patriot” sistemlərinə dəstək üçün ABŞ ilə 2 milyard dollarlıq müqavilə imzalayacaq backend

Polşa bu gün “Patriot” raketdən müdafiə sistemi üçün logistik dəstək göstərilməsi məqsədiylə ABŞ ilə 2 milyard dollarlıq müqavilə imzalamağı planlaşdırır.

"Report" “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

“Hava hücumundan müdafiə Polşa ordusuna ən böyük investisiyadır və çox resurs tələb edir. Bu, Polşa səmasının, Polşanın hava məkanının qorunmasıdır – ona görə də bu, bizim üçün mütləq prioritetdir və bu sahədə Polşa-Amerika əməkdaşlığının olması çox yaxşıdır”, - nazir Krakovda deyib

Diaspora