Rusiya kəşfiyyatından ETİRAF: Misirdəki təyyarə qəzası terror idi

Rusiya kəşfiyyatından ETİRAF: Misirdəki təyyarə qəzası terror idi backend

“Suriyada bizim aviasiyamızın fəaliyyəti nəinki davam etdirilməli, hətta gücləndirilməlidir” Bakı – APA. Misirin Sinay yarımadası üzərində qəzaya uğrayan, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “A321” sərnişin təyyarəsində partlayıcı qurğu olub.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentiVladimir Putinlə görüşündə Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov deyib. O bildirib ki, əldəqayırma partlayıcı qurğunun gücü 1,5 kq trotil ekvivalentində olub. Təyyarənin qalıqlarında xaricdə istehsal olunmuş partlayıcı maddələrin izləri aşkarlanıb.

V. Putin isə bəyan edib ki, təyyarəni partladan cinayətkarlar tapılacaq: “Sinayda insanlarımızın öldürülməsi cinayət qurbanlarının sayına görə ən qanlı hadisələr sırasındadır. Biz ürəyimizdən və qəlbimizdən göz yaşlarını silməyəcəyik. Bu, bizimlə həmişəlik qalacaq. Lakin bu, bizim cinayətkarları tapıb, cəzalandırmağımıza mane olmayacaq. Suriyada bizim aviasiyamızın fəaliyyəti nəinki davam etdirilməli, hətta gücləndirilməlidir”.
Diaspora