ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranı “bombalamaqla” hədələyib.
QAZİLER.AZ “Qafqazinfo”-ya xəbər verir ki, Tramp bu barədə “NBC News”a müsahibə verib.
“Əgər onlar razılığa gəlməsələr, bombardman olacaq. Onlara məktub yazdım, ümid edirəm ki, danışıqlar aparacaqlar, çünki hərbi yolla girməli olsaq, bu, dəhşətli bir şey olacaq”, - Tramp bildirib.
O, həmçinin İrana tariflərin tətbiqi ehtimalının olduğunu da deyib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bu gün Nazirlər Kabinetinin iclasında Trampın təklifinə rədd cavabı verdiyini bildirib.