Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir

Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir backend

Böyük Britaniya hökuməti miqrasiya sistemindən sui-istifadənin qarşısını almaq məqsədilə yeni sərt tədbirlərə start verir.

QAZİLER.AZ  Publika.az-a istinadla xəbər verir ki, bu çərçivədə gözəllik salonları, avtoyuma məntəqələri, tikinti sahələri və restoranlar əsas hədəf olacaq. Yeni qaydalara əsasən, qeyri-qanuni miqrantları işlədən biznes sahibləri hər bir işçi üçün 60 min funt sterlinq cərimə ilə üzləşə bilər. Bundan əlavə, şirkət direktorlarının fəaliyyətləri dayandırıla, hətta beş ilə qədər həbs cəzası verilə bilər.

Daxili işlər naziri İvet Kuper bildirib ki, qeyri-qanuni işləməyə göz yummaq, əslində, insan alveri ilə məşğul olan qəddar şəbəkələrin işinə yarayır: “Onlar insanlara dolu və təhlükəli qayıqlarda Britaniyaya gəlməklə iş və yaxşı həyat vəd edirlər. Bu yalanlara son qoymalıyıq”, - deyə nazir qeyd edib.

Yeni tədbirlərin yaxın həftələrdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Diaspora