Ukrayna və ABŞ arasındakı əməkdaşlıq çətin sınaqlarla üzləşib.
QAZİLER.AZ Musavat.com-a istinadən xəbər verir ki, tərəflər arasında böyük fikir ayrılıqları, rəqabət və qarşılıqlı narazılıq yaranıb.
Məqalədə bildirilir ki, ukraynalılar amerikalıları həddindən artıq nəzarətçi və avtoritar hesab edirlər. ABŞ rəsmiləri isə ölkənin hərbi yardımını yalnız konkret və ölçüləbilən nəticələrə yönəltmək istəyir.
Bundan əlavə, Ukrayna ordusunun bir sıra addımları Vaşinqtonla razılaşdırmadan atdığı vurğulanır. Bu isə iki müttəfiq arasında gərginliyin artmasına səbəb olub.
Müharibənin gələcək gedişi bu münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq.