ABŞ-da Sülh İnstitutunun yüzlərlə əməkdaşı işdən çıxarıldı

ABŞ-da Sülh İnstitutunun yüzlərlə əməkdaşı işdən çıxarıldı backend

Tramp Administrasiyası ABŞ Sülh İnstitutunun yüzlərlə əməkdaşını işdən çıxarıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, institutun 200-300 işçisi ABŞ Hökumətinin Effektivliyi İdarəsi (DOGE) tərəfindən ixtisar barədə bildiriş alıb.

Bəzilərinə işdən çıxarılmalarına etiraz etməmək üçün müavinət və ya uzadılmış tibbi sığorta təklif edilib. Ümumilikdə institutda 600-ə yaxın işçi işləyir və filialları Ukrayna, Filippin və Afrikada fəaliyyət göstərir.

Təşkilat böhranların sülh yolu ilə həlli və qarşısının alınması ilə məşğuldur.

Diaspora