Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Marriott International” otellər şəbəkəsi “Starwood” otellərini öz şəbəkəsinə qatıb. ANS PRESS-in məlumatına görə, “Marriott International” “Starwood”u 12 milyard dollara satın alıb. Tərəflər arasında sövdələşmə ötən gün olub. Bununla da “Marriott International” dünyanın ən iri otellər şəbəkəsi ünvanını alıb.
İndi hər iki şəbəkənin birlikdə 5 500-dən çox oteli, 1.1 milyon otağı var. Otellərin gəliri isə, 2.7 milyard dollar təşkil edir.
Şirkət ödənişin 11.9 milyard dollarını səhmlər vasitəsilə edəcək, qalan pulu isə, nəğd ödəyəcək.
“Marriott International” Böyük Britaniyanın “InterContinental Hotels Group”unu əhatə dairisinə görə geridə qoyub.