41 nəfər ölmüşdü... - Dəhşətli təyyarə qəzasının sirri illər sonra açıldı

41 nəfər ölmüşdü... - Dəhşətli təyyarə qəzasının sirri illər sonra açıldı backend

2019-cu ilin mayında Şeremetyevoda "Sukhoi Superjet 100" (SSJ-100) təyyarəsinin qəzaya uğramasına səbəb komandirin eniş zamanı qeyri-korrekt hərəkətləri olub.

QAZİLER.AZ  Publika.az-a istinadən  xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, təyyarə üç dəfə kobud eniş edib, ikinci və üçüncü təmas zamanı həddindən artıq yüklənmə icazə verilən maksimum həddi xeyli keçib. Nəticədə gəminin yanacaq çənləri partlayıb və yanğın başlayıb.

Hesabatda o da bildirilir ki, fəlakət mürəkkəb vəziyyətlərdə SSJ-100 pilotlarının təlim proqramlarının kifayət qədər effektiv olmaması ilə bağlıdır.

2019-cu il mayın 5-də Şeremetyevoda "Sukhoi Superjet 100" sərnişin təyyarəsi yanıb , nəticədə 41 nəfər həlak olub.

Hava gəmisinin komandiri Denis Yevdokimov barəsində hava nəqliyyatı gəmisinin hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. O, günahını etiraf etməyib. 2023-cü ilin iyununda məhkəmə D.Yevdokimovun barəsində 6 il müddətinə həbs hökmü çıxarıb.

 

 

Diaspora