İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı İran xalqını "böyük əməliyyata hazırlaşmağa" çağırıb
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, İran SEPAH komandirinin müavini general Məhəmmədrza Nəqdi ABŞ və İsrailin hazırda ən zəif mövqedə olduğunu bildirib.
"Biz 46 il əvvəl başladığımız işi şərəf və ləyaqətlə başa çatdırmalıyıq və bu, tezliklə baş verəcək", - deyə o bildirib.
İran xalqını "böyük əməliyyata" hazırlaşmağa çağıran SEPAH generalı vurğulayıb ki, iranlılar "Müqavimət cəbhəsi"ndə iştirak etmək üçün Qəzzaya göndərilmələrini istəyirlər.