Meksika Parlamentində Azərbaycanda tarixi-mədəni irsin mühafizəsi mövzusunda təqdimat keçirilib

Meksika Parlamentində Azərbaycanda tarixi-mədəni irsin mühafizəsi mövzusunda təqdimat keçirilib backend

Meksika Parlamentinin San Lazaro Sarayında Deputatlar Palatasının Mədəniyyət və Kinematoqrafiya Komissiyası və Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ümümdünya İrs Şəhərləri Görüşü” keçirilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində “Müasirlik və ümumdünya irs nümunələrinin mühafizəsi” mövzusunda təşkil edilmiş masada çıxış edən Azərbaycan Respublikasının Meksikadakı səfiri Məmməd Talıbov Azərbaycan hökumətinin tarixi abidələrin qorunmasına verilən əhəmiyyət və Bakı şəhərinin tarixi, İçərişəhər tarixi-memarlıq kompleksi və onun mühafizəsi sahəsində görülmüş işlər barədə məlumat verib. Səfir həmçinin Bakıda inşa olunmuş yeni memarlıq nümunələri, paytaxtın turizm potensialı və ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış addımlar, Bakının ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər haqqında danışıb.

Görüşdə Meksikanın Mədəniyyət və Kinematoqrafiya Komissiyasının sədri Alma Lidia De La Veqa Sançes, Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının sədri Enrike Fransisko Qalindo Sebayyos və baş direktoru Xorxe Orteqa Qonsales, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) Meksika, Kuba və Mərkəzi Amerika üzrə proqram rəhbəri Fernanda Lonardoni, Quanaxuato, Zakatekas, Kampeçe bələdiyyələrinin sədrləri, habelə Meksika Parlamentinin və Mədəniyyət Nazirliyinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələrə sahib on dörd şəhərin timsalında tarixi mərkəzlərin qorunması fonunda turizm potensialının inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb

Diaspora