Donald Tramp Ağ Evdə iftar verib

Donald Tramp Ağ Evdə iftar verib backend

ABŞ Prezidenti Donald Tramp müqəddəs Ramazan ayının başa çatması ərəfəsində Ağ Evdə ənənəvi iftar süfrəsi açıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat verib.

Tramp noyabr seçkisində göstərdikləri dəstəyə görə yüzminlərlə amerikalı müsəlmana təşəkkür edib və əmin edib ki, onun administrasiyası bu icmaya verdiyi vədləri yerinə yetirir.

"Mənim administrasiyam Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün yorulmaz diplomatiya həyata keçirir və bu məsələdə hamının qeyri-mümkün hesab etdiyi tarixi Avraam razılaşmalarına əsaslanır. Və indi biz onları həyata keçirməyə başlayacağıq", - deyə Tramp bildirib.

O, həmçinin, çıxışı zamanı Ramazanı mənəvi təfəkkür və özünüməhdudlaşdırma vaxtı adlandırıb. Tramp daha parlaq və ümidli gələcəyə nail olmaq üçün müsəlman dostları ilə əməkdaşlığa ümid etdiyini qeyd edib.

"Müqəddəs ay ərzində hər gün müsəlmanlar sübhdən günbatana qədər oruc tuturlar, öz diqqətlərini dualara və Allaha sadiqliklərinə cəmləyirlər. Daha sonra bütün dünya müsəlmanları hər gecə öz ailələri və dostları ilə bir araya toplanırlar, Allaha şükür edirlər, iftar süfrəsi ilə oruclarını açırlar. Biz hamımız bütün dünyada sülh üçün çalışırıq", - deyə o əlavə edib.

Diaspora