Avropa liderləri: Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı deyil

Avropa liderləri: Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı deyil backend

Bu gün Parisdə Avropa liderlərinin Ukraynaya dəstək məsələlərinə həsr olunmuş sammiti keçirilib.

Apa xəbər verir ki, media ilə söhbət zamanı siyasətçilər Rusiyaya qarşı sanksiyaların ləğvinin vaxtının hələ gəlmədiyini bildiriblər.

"Rusiya sülh danışıqlarını uzatmağa, oyun oynamağa çalışır və bu bizə tamamilə aydındır", - İngiltərənin baş naziri Keir Starmer bildirib.

Onun sözlərinə görə, sammit iştirakçıları razılaşıblar ki, Kiyev Ukraynanın həm indi, həm də gələcək danışıqlarda mümkün olan ən güclü mövqe tutmasına əmin olmaq üçün daha çox dəstəyə ehtiyac duyur.

Starmer həmçinin deyib ki, indi sanksiyaları ləğv etməyin vaxtı deyil.

"Əksinə, biz bu qrup ölkələrin növbəti təzyiqi ilə ABŞ-ın Rusiyanı danışıqlara cəlb etmək təşəbbüsünü dəstəkləmək üçün sanksiyaları necə gücləndirə biləcəyimizi müzakirə etdik", - o deyib.

Onun sözlərinə görə, görüşdə həmçinin Ukraynada “yerdə, havada və ya dənizdə” istənilən atəşkəs və sülhə dəstək üçün gələcək “hərbi və əməliyyat” planları müzakirə edilib.

Fransa Prezidenti Emmanuel Makron da Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtının hələ çatmadığını bildirib:

“Sülh bərqərar olunmazdan əvvəl sanksiyaların ləğvi mümkün deyil. “İstəklilər koalisiyası” Rusiyanın kölgə donanmasına və bəzi sənaye potensialına iqtisadi təzyiqi saxlamaq məqsədi daşıyır və biz bu məsələdə səfərbər olmağa davam edəcəyik”.

Almaniya Kansleri Olaf Şolts isə bəyan edib ki, Rusiya sanksiyalarının ləğvi "ciddi səhv" olardı. O, Moskvanı müzakirə olunanlara "həmişə şərtlər əlavə etdiyinə" görə tənqid edib və bu onu belə qənaətə gətirib ki, Rusiya "hazırda real sülhdə maraqlı deyil: "Sülh əldə olunmayana qədər sanksiyaları ləğv etməyin mənası yoxdur".

Diaspora