Putin Kim Çen Ini medalla təltif edib

Putin Kim Çen Ini medalla təltif edib backend

Rusiyanın Pxenyandakı səfirliyi prezident Vladimir Putinin sərəncamı ilə KXDR lideri Kim Çen Ina Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş medalı təqdim edib.

APA xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik öz Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, martın 27-də Mansudae Konqres Mərkəzində Rusiya Federasiyası Prezidentinin 22 sentyabr tarixli fərmanı ilə təltif edilmiş Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Sədri Kim Çen Ina “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” medalının təqdim edilməsi mərasimi keçirilib.

Rusiya səfiri Aleksandr Matseqora medalı KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədr müavini Kanq Yun Soka təqdim edib. O, Kim Çen In adından minnətdarlığını bildirib və bu mükafatın iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyəsini təsdiq etdiyini bildirib.

Bundan əvvəl Kim Çen In bildirib ki, Şimali Koreya Ukraynadakı münaqişədə Rusiyaya dəstək verməyə davam edəcək. O, həmçinin mühüm regional və beynəlxalq məsələlərdə ölkələrin tamamilə üst-üstə düşən mövqelərini diqqətə çatdırıb.

Diaspora