ABŞ silahları Ukraynaya belə çatdırılır

ABŞ silahları Ukraynaya belə çatdırılır backend

NATO ABŞ silahlarının Ukraynaya tədarükünə Polşadakı mərkəz vasitəsilə nəzarəti ələ alıb.

Bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Burada həm amerikalılar, həm də Almaniya əsgərləri öz "Patriot" sistemləri ilə var. Onlar norveçlilərlə birlikdə hava məkanının mühafizəsini üzərlərinə götürüblər. Bizə digər ölkələr də öz nümayəndələri vasitəsilə dəstək verir və kömək edirlər. İndiyə qədər bu əlaqələr ikitərəfli olub, xüsusilə Ukrayna və ABŞ arasında, eyni zamanda Polşa, Böyük Britaniya və digər ölkələrin böyük dəstəyi ilə. NATO sammitinin qərarından sonra bu münasibətlər artıq ikitərəfli deyil və yeni NSAT-U missiyası yaradılıb.

NATO missiyası Ukraynaya texnikanın daşınmasına, yəni maddi-texniki təminata cavabdehdir. Eyni zamanda, Ukrayna əsgərlərinin hazırlığı, təlimi və müharibədən sonrakı dövr üçün əməliyyat bacarıqlarının artırılması da bu missiyanın vəzifələri sırasındadır. Bu üç əsas tapşırıq yeni NATO komandanlığı, yeni logistika təminatı əməliyyatı, hazırlıq və Ukrayna qoşunlarının imkanlarının genişləndirilməsi əməliyyatının qarşısında durur", – nazir deyib.

Diaspora