Zelenski Makronla görüşmək üçün Parisə gəlib

Zelenski Makronla görüşmək üçün Parisə gəlib backend

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski Fransanın paytaxtı Parisə gəlib.

APA xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə Zelenski təhlükəsizlik məsələləri üzrə sammitini (istəklilər koalisiyası) hazırlamaq üçün Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

Xatırladaq ki, martın 20-də Zelenski ona zəng edən Makronla əlaqə saxlamaqdan imtina etmişdi. Ukrayna lideri fransalı həmkarına brifinqdə olduğunu izah edib və 15-20 dəqiqəyə geri zəng edəcəyinə söz verib.

Diaspora