İŞİD-i maliyyələşdirənlər arasında -G-20- üzvləri də var

İŞİD-i maliyyələşdirənlər arasında -G-20- üzvləri də var backend

Türkiyənin Antalya şəhərində keçirilən G-20 sammitinin iştirakçılarının əsas müzakirə mövzusu İŞİD-lə və mübarizə olub. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obama Fransa paytaxtında baş verən hadisələri misal gətirərək, bu istiqamətdə səyləri gücləndirməyin və birləşdirməyin vaxtının çatdığını qeyd edib: "Paris bu faciə qarşısında özünü zəif və yalnız hiss etməməlidir. Həmçinin Beyrutda, Ankarada, İraqın şəhərlərində baş verənlər artıq 20-lik ölkələrini birgə hərəkətə keçirməlidir".

Parisdə baş verən hadisələri terrorçuluğa qarşı bu vaxta qədər uğursuz mübarizənin nəticəsi adlandıran Obama bununla belə bəyan edib ki, Suriya torpağına heç vaxt Amerika əsgərinin çəkməsi dəyməyəcək.

"İŞİD qəddarlığın və pisliyin vəhdətidir. Bir çoxları ABŞ-ı Suriyaya quru qoşunları yeritməyə çağırsa da, mən və mənə sadiq hərbi və mülki yüksək vəzifəli məsləhətçilərim bunu yanlış addım hesab edirlər", - deyə Ağ Ev sahibi əlavə edib.

Liderlər terrorçuluqla mübarizənin ən uğurlu yollarından birini belə qruplaşmaların maliyyə mənbələrini zərərsizləşdirməkdə gördüklərini bildiriblər.

Rusiya prezidenti Vladimir Putin də məsələ ilə bağlı fikirlərini açıqlayıb: "Terror təşkilatlarına maliyyə axınının yolunu bağlamaq lazımdır. Mən bir neçə dəfə buna misal çəkmişəm. Bizdə təsdiqlənmiş məlumatlar var. İŞİD-i konkret olaraq bəzi ölkələrdə yaşayan ayrı-ayrı şəxslər maliyyələşdirir. Həmin adamlar dünyanın 40 ölkəsində yaşayırlar. Belə çıxır ki, dünyanın 40 ölkəsi İŞİD-i maliyyələşdirir. Onların arasında hazırda bizimlə sammitdə iştirak edən ölkələr də var".

Bununla yanaşı, sammitin nəticələri Qərblə Rusiya arasında bəzi fikir ayrılıqlarının yumşaldığını deməyə əsas verir. Vladimir Putin Avstraliyadakı son sammitdən sonra Antalya toplantısında bəzi məsələlərdə ortaq məxrəcin tapılmasına ümid olduğunu bildirib. Kreml rəhbəri deyib ki, həyat davam edir və yeni maraqlar ortaya çıxır.

Diaspora