2023-cü ildə hakimiyyəti ələ keçirən Niger hərbi qüvvələrinin lideri Abdurrahman Tçiani bu gün ölkə konstitusiyasını əvəz edən yeni xartiyaya uyğun olaraq beşillik keçid dövrü üçün prezident kimi and içib.
Bu barədə “Associated Press” məlumat yayıb.
Onun prezidentlik səlahiyyətlərinin müddəti 2030-cu ildə başa çatacaq.
A.Tçianiyə, həmçinin ölkənin ən yüksək hərbi rütbəsi olan ordu generalı rütbəsi də verilib.