Rusiya “Microsoft Office”in alternativini yaradır

Rusiya “Microsoft Office”in alternativini yaradır backend

Rusiyalı tərtibatçılar “Microsoft Office”in yerli analoqunu təqdim ediblər. İKT.lent.az-ın “izvestia.ru” saytına istinadən verdiyi məlumata görə, ilk olaraq “Moy ofis”i (“Mənim ofisim”) rusiyalı məmurlar və məktəblilər sınaqdan keçirəcək. Proqramın tərtibatı ilə “Yeni bulud texnologiyaları” şirkəti məşğul olub. Qeyd edilib ki, proqram təminatı tam olaraq sıfırdan yığılıb.

Bundan başqa, layihənin müəllifləri vurğulayır ki, rusiyalılar heç “Microsoft Office”in 20 faizini də istifadə etmirlər. Bunun üçün də “Moy ofis”də proqramların sayı xeyli ixtisar olunacaq.

Proqramın standart paketinə mətn redaktoru, cədvəllərlə işləmək imkanı, poçt, təqvim, təqdimatlar və kontaktlar daxil edilib. Standart kompüterlərlə işləyənlər üçün sənədlərin saxlanılması imkanları da mövcuddur.

Dövlət müəssisələri üçün “Moy ofis” proqramına bir il müddətinə qeydiyyatdan keçmək 6 min rubl və ya 95 manat təşkil edəcək. Şəxsi istifadəçilər üçün bu avadanlıq bir qədər baha - 7 min rubl və ya 110 manata olacaq.
Diaspora