Səfir: “Azərbaycan və ABŞ terrorçuluğa qarşı birlikdə mübarizə aparır”

Səfir: “Azərbaycan və ABŞ terrorçuluğa qarşı birlikdə mübarizə aparır” backend

“ABŞ-ın Fransa və digər ölkələrlə terrorizmə qarşı birgə mübarizə aparmaq təcrübəsi var”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Onun sözlərinə görə, BMT Baş Assambleyasının sentyabrda keçirilən iclası çərçivəsində ABŞ prezidenti Barak Obama zorakılıq və ekstremizmə qarşı mübarizəyə dair tədbir təşkil edib: "Azərbaycan və ABŞ terrorçuluğa qarşı birlikdə mübarizə aparır. Bu sahədə əməkdaşlıq uğurla davam etdirilir.

Antalyada keçirilən G20 sammitində əsas diqqət çəkən mövzulardan biri terrorizm, onun səbəbləri və birgə mübarizə olub. Burada istər terrorçuluğa qarşı hərbi gücdən və digər vasitələrdən istifadə olunması, istərsə də onu doğuran səbəblər və insanların terrorizmə bir həll yolu kimi baxması, terrorizmə cəlb olunmasının qarşısının alınması ətraflı şəkildə müzakirə aparılıb".
Diaspora