ABŞ Suriyaya sanksiyaların qismən yüngülləşdirilməsi müqabilində Dəməşqin yerinə yetirməsini istədiyi şərtlərin siyahısını göndərib.
Apa xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, ABŞ dövlət katibinin Suriya məsələləri üzrə köməkçisinin müavini Nataşa Françeski martın 18-də Brüsseldə Suriya donorları konfransı çərçivəsində keçirilən təkbətək görüşdə Suriyanın xarici işlər naziri Əsəd əl-Şibaniyə tələblər siyahısını təqdimk edib.
ABŞ-ın şərtləri arasında Suriya tərəfindən bütün qalan kimyəvi silah ehtiyatlarının məhv edilməsi və terrorla mübarizədə əməkdaşlıq məsələləri yer alıb.
Daha bir tələb isə Suriyanın idarəetmə strukturunda əcnəbi döyüşçülərin rəhbər vəzifələr tutmamasını təmin etməkdən ibarətdir.