Rusiya və ABŞ Qara dənizdə təhlükəsiz gəmiçiliyə dair danışıqlar aparıb

Rusiya və ABŞ Qara dənizdə təhlükəsiz gəmiçiliyə dair danışıqlar aparıb backend

Ər-Riyadda ABŞ-la danışıqlar zamanı Qara dənizdə təhlükəsiz gəmiçilik məsələləri müzakirə olunub.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Qara dəniz təşəbbüsünün hamı üçün daha məqbul olan formada bərpasının tərəfdarıdır.

Lavrov qeyd edib ki, Rusiya Kiyevin sözünə inana bilməz: "Rusiyanın Qara dəniz təşəbbüsünü bərpa edərkən dəqiq zəmanətlərə ehtiyacı olacaq, bunlar yalnız Vaşinqtondan Zelenskiyə verilən əmrin nəticəsi ola bilər".

Rusiya XİN başçısı bildirib ki, hazırda Rusiya və ABŞ prezidentlərinə Ər-Riyadda Rusiya-Amerika danışıqlarının nəticələri barədə məruzə edilir.

APA

Diaspora