Olaf Şolts səlahiyyətinin icrasını dayandırır

Olaf Şolts səlahiyyətinin icrasını dayandırır backend

Bu gün Almaniya Kansleri Olaf Şolts və onun hökumətində təmsil olunan nazirlər rəsmi olaraq səlahiyyətlərinin icrasını dayandıracaqlar.

Bu barədə yerli KİV məlumat yayıb.

Mətbuatın yazdığı kimi, bu gün fevralın əvvəlində keçirilən seçkidən sonra formalaşmış yeni Bundestaqın ilk iclası baş tutacaq.

Eyni zamanda, Almaniya kansleri Olaf Şolts və nazirləri də Prezident Frank-Valter Ştaynmayerdən istefaya dair rəsmi bildiriş alacaqlar. Bundan sonra parlamentdə təmsil olunan partiyalar yeni hökumətin qurulması ilə bağlı müzakirələrə start verəcəklər.

Oxu.az

Diaspora