ABŞ xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq

ABŞ xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq backend

ABŞ Prezidenti Donald Tramp fövqəladə büdcə xərclərini təxminən 3 milyard dollar azaldacaq ki, bunun da 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulmuşdu.

Bu barədə “Semafor” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Portal yazır ki, Trampın ixtisar etməyi planlaşdırdığı 2,5 milyard dollarlıq yardım, miqrasiya və qaçqınlarla məşğul olan QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılmalı idi.

Bununla belə, sözügedən tədbirlər müttəfiqlərə, o cümlədən Ukraynaya hərbi yardıma təsir etməyəcək.

APA

Diaspora