Türkiyədə terrorçulara qarşı həyata keçirilən əməliyyatlarda 13 PKK-çı öldürülüb. APA TV-nin xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı son 24 saat ərzində ölkədə həyata keçirilən hava hücumlarının nəticəsi barədə məlumat yayıb.
Vanda həyata keçirilən əməliyyat vaxtı PKK terror təşkilatına məxsus bir ədəd RPG-7 qumbaraatan, bir ədəd ov tüfəngi, bir ədəd “Kalaşnikov” avtomatı ələ keçirilib.Eyni zamanda Hakkaridə terrorçular tərəfindən magistral yola yerləşdirilmiş mina zərərsizləşdirilib.
Siirtdə isə terrorçulara kömək etməkdə şübhəli bilinən 3 nəfər şəxs saxlanılıb.
Ağrıda təşkil olunan əməliyyatda 1 PKK terrorçusu tutulub.
Qeyd edək ki, əməliyyatlar Hakkari, Şırnak, Van, Siirt və Ağrı vilayətlərində həyata keçirilib.