Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki ofisinə mərmi düşüb. Hadisə nəticəsndə xəsarət alan olmayıb.
Bu barədə qurumun yaydığı press-relizdə qeyd olunub.
"Bütün tərəflərə aydın şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, bu gün BQXK-nın Rəfahdakı ofisi partlayıcı qurğu ilə zədələnib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. BQXK onun binalarına edilən hücumu qətiyyətlə pisləyir", - məlumatda bildirilib.
Report.az