Rusiya və ABŞ arasındakı danışıqlar 6 saatdan çoxdur davam edir

Rusiya və ABŞ arasındakı danışıqlar 6 saatdan çoxdur davam edir backend

Rusiya və ABŞ arasında Ər-Riyadda (Səudiyyə Ərəbistanı) məsləhətləşmələr ikinci qısa fasilədən sonra yenidən başlayıb.

Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, tərəflər arasında danışıqlar artıq altı saatdan çoxdur davam edir.

Xatırladaq ki, Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyaddakı Ukrayna münaqişəsinin həllinə dair danışıqlara Bakı vaxtı ilə saat 11:00-da başlayıb. Moskvanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda təmsil edir.

Tərəflərin xüsusilə 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər fəaliyyət göstərən "Qara dəniz təşəbbüsü" və ya "taxıl sazişi" kimi tanınan sənədin mümkün bərpası perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Diaspora